525.Az

"Rafiq Tağının qətlinin açılması istiqamətində tədbirlər davam etdirilir"


 

"Rafiq Tağının qətlinin açılması istiqamətində tədbirlər davam etdirilir"<b style="color:red"></b>

Rafiq Tağının qətlinin üstü hələlik açılmayıb.

Azərbaycanın baş prokuroru Zakir Qaralov APA-ya açıqlamasında bildirib ki, hazırda həmin qətlin açılması istiqamətində zəruri tədbirlər davam etdirilir: “Nəticələr barədə ictimaiyyətə məlumatlar veriləcək”.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

 

 





01.10.2012    çap et  çap et