525.Az

Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-da


 

Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-da <b style="color:red"></b> Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universitetinin (ATU) professor-müəllim heyəti daxildir.
 
AzMİU-dan 525.az-a verilən məlumata görə, nümayəndə heyətinə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova başçılıq edir. Nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıb. Səfərin ilk günü Dövlət Departamentində görüş təşkil edilib, səfərin məqsəd və proqramı barədə müzakirələr aparılıb.
 
Onlar Nyu-York Texniki Universitetində olublar. Burada nümayəndə heyətini universitetin prezidenti dr. Rahmat Şaruhi başda olmaqla, dekanlar və professor-müəllim heyəti qarşılayıb. Görüş zamanı universitetlə tanışlıq, qarşılıqlı mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Daha sonra heyət Nyu-York Phantom Opera Teatrında tamaşada olub. Səfərin davamında Nyu-York Memarlıq Məktəbində görüş keçirilib. Burada qarşılıqlı fikir mübadiləsindən  sonra nümayəndə heyəti tədris prosesi və laboratoriyalarla tanış olub. Sonra Nyu-Cersi ştatında yerləşən Nyu-Cersi Texnologiya Universitetində görüş təşkil edilib. Burada heyəti universitetin vitse-prezidenti başda, olmaqla məsul şəxslər qarşılayıblar. Nyu-Cersi Texnologiya Universiteti ilə tanışlıqdan sonra qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
 
Daha sonra nümayəndə heyəti Miçiqanın Kalamazu şəhərinə yola düşüb. Onlar burada yerləşən Kimya Kollecinin innovasiya mərkəzində, Mühəndislik  Kollecində, Kalamazu Kommuniti Kollecində və Miçiqan Universitetində olublar. Səfər zamanı universitetlərlə tanışlıq, qarşılıqlı əlaqə və fikir mübadiləsi aparılıb.
 
Nümayəndə heyətinin növbəti səfəri Texas ştatının Hyuston şəhərində yerləşən universitetlərə olub.
 





12.05.2017    çap et  çap et