525.Az

Yığmamız ilk medalını təmin etdi


 

Yığmamız ilk medalını təmin etdi<b style="color:red"></b> Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında ilk medalını təmin edib.

Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət həndbol millimizin ən azı gümüş medal qazanacağı dəqiqləşib.
 
Georgi Voronovun yetirmələri bunu finala yüksəlməklə rəsmiləşdirib. Yarımfinal mərhələsində Özbəkistanı 42:24 hesabı ilə darmadağın edən yığmamız yarışın həlledici qarşılaşmasında oynamaq hüququ qazanıb.
 
Turnirdə keçirdiyi bütün görüşlərdə qələbə qazanan millimizin rəqibi saat 13:30-da başlayacaq Türkiyə - Kamerun matçında müəyyənləşəcək. Final isə sabah saat 18:00-da başlayacaq.
 
İslam Həmrəyliyi Oyunları
Həndbol, qadınlar
1/2 final
Azərbaycan - Özbəkistan - 42:24

13:30. Türkiyə - Kamerun
 





13.05.2017    çap et  çap et