525.Az

“Yeni Üfüq” İctimai Birliyi cəbhə xəttində (FOTO)


 

“Yeni Üfüq” İctimai Birliyi cəbhə xəttində <b style="color:red">(FOTO)</b> “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtərin cəbhə xəttində yerləşən Həsənqaya kəndinin sakinlərini ziyarət edib.

“Yeni Üfüq” İctimai Birliyi düşmənlə üz-üzə dayanan Həsənqaya kəndində yerləşən 127 saylı məktəbdə tədbir keçirib. Tədbirdə birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək, mütəmadi olaraq Həsənqaya kənd məktəblilərini ziyarət edəcəklərini bildirib. O, “Yeni Üfüq”ün cəbhə boyunca yerləşən məktəblərə dəstək aksiyasına yardım edən hər kəsə, xüsusi olaraq Türkiyənin Orta Doğu Texniki Universitetinin azərbaycanlı tələbələrinin fədakar dəstəyinə görə, eləcə də “Altun kitab” nəşriyyatına və Nizami rayonu 220 saylı məktəbin rəhbərliyinə ayrıca təşəkkür edib. Birliyin sədr müavini, filologiya üzə fəlsəfə elmləri doktoru, Azərbaycan dili dərsliyinin müəlliflərindən olan Nizami rayonu 220 saylı məktəbin müəlliməsi Xanım Qasımovanın duyğulu çıxışı isə şagirdləri çox təsirləndirib.

Qonaqlar arasında olan Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə öz çıxında düşmənlə üz-üzə dayanan şagirdləri günümüzün əfsanəvi qəhrəmanları adlandırıb. Həmçinin Tərtər rayonu Həsənqaya kənd İƏD-i üzrə icra nümayəndəsi İlqar Qasımov, Həsənqaya kənd məktəbinin direktoru Yaşar Mamedov çıxış edərək “Yeni Üfüq” İctimai Birliyinin rəhbərliyinə minnətdar olduqlarını bildirib. Tədbir zamanı “Yeni Üfüq” İctimai Birliyinin hədiyyə etdiyi kitablar, məktəb ləvazimatları, uşaqlar üçün geyim dəstləri və şirniyyat məmulatları məktəbli uşaqlara təqdim edilib.










 





06.05.2013    çap et  çap et