525.Az

“Heydər Əliyev mükafatı aldığım bütün mükafatlardan üstündür”


 

NƏRİMAN HƏSƏNZADƏ: “FƏXR EDİRƏM Kİ, İLHAM ƏLİYEV KİMİ BİR ŞƏXSİYYƏT ÖLKƏMİZİN RƏHBƏRİDİR”

“Heydər Əliyev mükafatı aldığım bütün mükafatlardan üstündür”<b style="color:red"></b>

Xəbər verildiyi kimi, mayın 10-da Xalq şairi Nəriman Həsənzadə Heydər Əliyev mükafatı ilə təltif olunub. Bununla bağlı dövlət başçısının sərəncamı oxunub və prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim edib.

Nəriman Həsənzadə mükafatla bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb. 

O bildirib ki, Heydər Əliyev mükafatının təqdimatı  onun üçün gözlənilməz olub: “Heydər Əliyev mükafatını almağım gözlənilməz oldu. Heydər Əliyev mənim həyatımda çox böyük rol oynayıb. O, həmişə mənim ürəyimdədir. Mən fəxr edirəm ki, cənab prezidentimiz İlham Əliyev kimi bir şəxsiyyət ölkəmizin rəhbəridir. Bu, böyük sevincdir. Heydər Əliyev mükafatı mənim üçün daha anlamlı və dəyərlidir. Bu mükafat  hər şeydən, yəni indiyə kimi aldığım bütün mükafatlardan üstündür”.

Xalq şairi mükafat təqdim edilən zaman keçirdiyi hisslərindən də bəhs edib: “Mükafat  mənə təqdim ediləndə sanki Heydər Əliyevin yanımda durduğunu gördüm. Tək olmadığımı hiss etdim. İnanın mənə, həmin an dünyasını dəyişən Heydər Əliyevin bir anlıq sağ olduğunu  və İlham Əliyevin yanında dayandığını zənn etdim”.

Nəriman Həsənzadə, həmçinin  Heydər Əliyev mükafatı ilə bağlı çox təbrik aldığını da vurğulayıb: “Mükafatla bağlı təbriklər çox oldu. Bilirsiniz, cənab prezidentimiz İlham Əliyev hər kəsin yaradıcılığını görür və izləyir. Hər kəsə lazimi dəyəri verir. Buna görə də mən İlham Əliyevə və eyni zamanda xalqıma, oxucularıma minnətdaram. Hamınızdan çox razıyam”.

 





13.05.2017    çap et  çap et