525.Az

Hasilatın azaldılması müddətinin uzadılması nefti bahalaşdırır


 

Hasilatın azaldılması müddətinin uzadılması nefti bahalaşdırır<b style="color:red"></b> Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,63% artaraq 48,62 dollar təşkil edib.
 
"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar və ya 1,55% artaraq 51,63 dollar olub.
 
Neftin bahalaşmasına OPEC ölkələri və iri neft istehsalçısı olan 11 dövlətin neft hasilatının daha 6 ay müddətinə uzadılmasına hazır olması səbəb olub.
 





15.05.2017    çap et  çap et