525.Az

Fəridə Abiyeva BDU-da təbrik edildi - Foto


 

Fəridə Abiyeva BDU-da təbrik edildi - <b style="color:red">Foto</b>

Məlum olduğu kimi, mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarında karatenin kumite növü üzrə yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparmış Azərbaycan idmançısı Fəridə Abiyeva birinci yeri tutub.

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin “Dil və ədəbiyyat müəllimliyi (Rus dili üzrə)” ixtisası üzrə IV kurs, 066 qrupunda təhsil alan Fəridə Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

Oyunların qızıl mükafatçısı F.Abiyevanın qələbəsi münasibətilə Azərbaycan Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb.

O, jurnalistlərə açıqlamasında bu tarixi qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib.

Mayın 15-ə BDU-nun Filologiya fakültəsinin Elmi şurasında fakültə dekanı Elçin Məmmədov F.Abiyevanı şura üzvlərinə təqdim edib.

Bildirib ki, , 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarının da qalibi olub. 5 yaşından karate ilə məşğul olan tələbəmiz 10 qat respublika çempionu və dünya kubokunun sahibidir.

Dekan fakültə adından çempiona hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 





16.05.2017    çap et  çap et