525.Az

Prosineçkinin meneceri danışdı: "Deyilənlər doğru deyil"


 

Prosineçkinin meneceri danışdı: "Deyilənlər doğru deyil"<b style="color:red"></b>

“Prosineçki nə “Bursaspor”, nə də “Konyaspor”la razılığa gəlib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçkinin türkiyəli meneceri Yaşar Çalışır “ajanspor.com”a açıqlamasında deyib. O, xorvatiyalı mütəxəssislə əlaqədar xarici klublarla danışıqlar apardığını təsdiqləyib.

“İspaniyada önəmli bir klubla müzakirəmiz oldu. Ancaq indiyə kimi anlaşdığımız bir klub yoxdur. “Konyaspor”un adından keçmiş idarəçilərdən olduğu söylənilən biri maraqlanıb. Amma nə mən, nə də Prosineçki onunla görüşmüşük. “Bursaspor”la da sön vaxtlarda təmasımız olmayıb. Sadəcə, yanvarda Bakıya gəldilər. Amma AFFA Prosineçkini buraxmaq istəmədi” – deyə menecer bildirib.

O qeyd edib ki, hazırda xorvatiyalı mütəxəssis Azərbaycan millisindəki işinə köklənib: “Ancaq bir gerçəkliyi deməliyəm. Onun müqaviləsində 2 milyonluq təzminatlıq maddə olması barədə deyilənlər doğru deyil. Hər müqavilənin özünə görə özəlliyi var. Prosineçki yaxşı münasibətlər çərçivəsində, qarşılıqlı anlaşıb oradan ayrıla bilər. Türk klubları istəsələr, onlarla danışıqlar apara bilərik”.

 





16.05.2017    çap et  çap et