525.Az

"Azərbaycan İslamın sülh dini olduğunu dünyaya nümayiş etdirməyə çalışır"


 

"Azərbaycan İslamın sülh dini olduğunu dünyaya nümayiş etdirməyə çalışır"<b style="color:red"></b>

"Bakının ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir".

Belə bir açıqlama ilə millət vəkili Rövşən Rzayev çıxış edib.
 
Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın dünyaya açıq olmasının, ölkəmizin xoşməramlı bir dövlət olmasının, Azərbaycanın idman sahəsinə verdiyi önəmin göstəricisidir:

"Təbii ki, bu bir günün məhsulu deyil. Bu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, idmana verilən yüksək qiymət də Azərbaycanın keçdiyi inkişaf yolundan xəbər verir. Çox sevinirəm ki, Azərbaycan belə uğurlu addımlar atır. İdmançılarımıza uğurlar arzu edirəm".

Siyasi şərhçi Arzu Nağıyev isə deyib ki, idman yarışının Azərbaycanda keçirilməsi islam dünyasının məhz Azərbaycan modelinin dünyaya göstərilməsidir:

"Məlumdur ki, dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir. Həm Avropa Oyunlarına, həm də İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir və bunu əməli surətdə sübut edir.
 
İqtisadi məsələlərə gəldikdə, bu, həm də turizmin və daha doğrusu, qeyri-neft sektorunun inkişafı, idmanın inkişafı deməkdir. Hər bir turist və ya iştirakçı Azərbaycan həqiqətlərini görür, erməni təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən, tarixi ənənələrimizdən, mədəniyyətimizdən xəbərdar olur

Ən başlıca məsələlərdən biri də təbii ki, təhlükəsizlik məsələlərinin təşkilidir. Yəni belə miqyaslı tədbirlərdə iştirak üçün ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir və bunlar da yüksək səviyyədə həyata keçirilir".

PƏRVANƏ

 





16.05.2017    çap et  çap et