525.Az

Müğənni Tunarı niyə həbs ediblər? (VİDEO)


 

Müğənni Tunarı niyə həbs ediblər? <b style="color:red">(VİDEO)</b> Müğənni Tunar Rəhmanoğlunun saxlanılmasının görüntüləri yayılıb.

Dövlət Yol Polisi İdarəsindən ANS TV-yə verilən görüntülərdə müğənninin manevr etmə qaydalarını kobud şəkildə pozduğu görünür. Onun polisin qanuni tələbinə məhəl qoymadığı, avtomobilin sənədlərini müfəttişə təqdim etməkdən imtina etdiyi bildirilir. Bu səbəbdən Tunarla DYP əməkdaşları arasında insident yaranıb. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıblar.

Onlar Tunar Rəhmanoğlunu saxlayıblar. Müğənni məhkəməyə aparılıb və 10 sutkalıq inzibati həbslə cəzalandırılıb.

 





07.05.2013    çap et  çap et