525.Az

Ərdoğan Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışdı


 

Ərdoğan Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışdı<b style="color:red"></b> Ankara və Vaşinqton Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.
 
“Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, - deyə Ərdoğan bildirib.   Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb. 
 
Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçuların İraq ərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.
 
Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı  PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.
 





16.05.2017    çap et  çap et