525.Az

Tramp Ərdoğandan amerikalı keşişin azadlığa buraxılmasını xahiş etdi


 

Tramp Ərdoğandan amerikalı keşişin azadlığa buraxılmasını xahiş etdi<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun  azadlığa buraxılmasını xahiş edib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
 
“Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir.
 
Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında  amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.
 





17.05.2017    çap et  çap et