525.Az

Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma


 

Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma <b style="color:red"></b> Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.
 
Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir. 
 
Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.
 





17.05.2017    çap et  çap et