525.Az

Meksika 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində


 

Meksika 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində <b style="color:red"></b>

Bu gün Bakıda 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz işinə başlayıb. Meksika mayın 19-dək davam edəcək sərgidə ilk dəfə iştirak edir.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, bununla əlaqədar Mesksikanın dövlət şirkəti olan “Promexiko”nun İstambuldakı iqtisadi işlər üzrə müşaviri Xorxe Alberto Kruz Abaskal Bakıya səfər edib. Səfərin məqsədi dövlət qurumları və yerli iş adamları ilə ikitərəfli ticarət əlaqələrinin perspektivlərini müzakirə etmək üçün müxtəlif görüşlər keçirməkdir.

Qeyd edək ki, son iki onillik ərzində Meksikanın kənd təsərrüfatı sektoru dünyada özünəməxsus yeri əldə edib. Qısa müddət ərzində qida məhsullarının ixracı yeddi dəfə artıb.
 
Kənd təsərrüfatı ixtisaslaşması yerli və beynəlxalq bazarlarda yüksək gəlirliyin yaranmasına səbəb olub və Meksikanı səməni pivəsi, pomidor, avokado, moruğ, böyürtkən, balqabaq, quava və manqo kimi məhsulların dünya üzrə qabaqcıl ixracatçısına çevirib.
 
Meksika, digər məhsullarla yanaşı, qulançar, xiyar, limon, soğan, qarpız, Brussel kələmi, papaya və kakao tozunun ikinci iri təchizatçısıdır.

Ceyhun ABASOV

 





17.05.2017    çap et  çap et