525.Az

"Qələbəmi anama həsr edirəm"


 

"Qələbəmi anama həsr edirəm"<b style="color:red"></b>

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib.

Bunu 18 yaşlı gimnast Trend-ə açıqlamasında deyib.

M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: “Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 





17.05.2017    çap et  çap et