525.Az

"Monako" 8-cı dəfə Fransa çempionu oldu


 

"Monako" 8-cı dəfə Fransa çempionu oldu<b style="color:red"></b> Fransa çempionatının qalibi sona bir tur qalmış müəyyənləşib.
 
APA-nın məlumatına görə, “Sent-Etyen”i 2:0 hesabı ilə məğlub edən “Monako” tarixində 8-cı dəfə Fransa çempionu olub.
 
Rəqib komandanım qapısından qolları Kilyan Mbappe (20 dəq.) və Valer Jermen (90) keçirib.
 
Bu qələbə sayəsində xallarını 92-yə çatdıran "Monako" turnirin sonuna bir tur qalmış çempionluğu təmin edib. İkinci yerdə qərarlaşan “PSJ” moneqaslkardan 6 xal geridədir.
 





18.05.2017    çap et  çap et