525.Az

Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilmədi


 

Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilmədi<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, E.Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib, birinci istansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 





18.05.2017    çap et  çap et