525.Az

Tiflisin Dövlət İpək Muzeyində beynəlxalq konfrans


 

Tiflisin Dövlət İpək Muzeyində beynəlxalq konfrans <b style="color:red"></b> Tiflisdə fəaliyyət göstərən Dövlət İpək Muzeyində “Milli adət ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqazda ipəkçiliyin tarixi, Avropada tekstil şəbəkəsinin yaranması, eləcə də Azərbaycanda istehsal olunan kəlağayının YUNESKO-nun mədəni irs nümunələri siyahısına daxil edilməsindən bəhs edilib.
 
Tədbirə 10 dövlətdən nümayəndələr qatılıb, Azərbaycanı 5 nəfər təmsil edib. Tədbir çərçivəsində kəlağayı ilə bağlı film də nümayiş olunub.
 
Tiflis Dövlət İpək Muzeyi 1887-ci ildən fəaliyyət göstərir və həmin ildən burada “Azərbaycan guşəsi”  yaradılıb. Guşədə Şuşada toxunan “Cecim” parçası da nümayiş olunur. Parça 1889-cu ildə toxunub.  Azərbaycan guşəsi”ndə Şəkidə, Şuşa, Ağdam, Ağcabədi ərazilərində toxunan ipəkdən hazırlanmış geyimlər, musiqi alətləri və s. sərgilənir. Muzeydə həmçinin Kvemo Kartli bölgəsində yetişdirilən baramaçılıq məhsulları da nümayiş olunur.
 





20.05.2017    çap et  çap et