525.Az

U-17 Avropa çempionatının qalibi müəyyənləşdi


 

U-17 Avropa çempionatının qalibi müəyyənləşdi<b style="color:red"></b> Xorvatiyada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.
 
APA-nın UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, finalda İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.
 
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İspaniya 4:1 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə Avropa çempionu olub.
 
Qeyd edək ki, ötən il U-17 Avropa çempionatı Azərbaycanda keçirilib. Turnirin qalibi Portuqaliya olub.
 





20.05.2017    çap et  çap et