525.Az

Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişdiriləcək


 

Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişdiriləcək<b style="color:red"></b> IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də 6, 8, 33, 52, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək.
 
APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
“Bu marşrut avtobuslarının hərəkəti üçün seçilmiş alternativ yollar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə M. Ağayev vurğulayıb.
 





20.05.2017    çap et  çap et