525.Az
İslamiadanın bağlanış günü avtobusların alternativ marşrutları
Bakı Nəqliyyat Agentliyi (BNA) IV İslam Həmrəyliyi Oyunlarının mayın 22-də baş tutacaq bağlanış mərasimi ilə əlaqədar Bakıda nəzərdə tutulan nəqliyyat tədbirlərini açıqlayıb.
BNA-dən “APA-Economics”ə verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar mayın 22-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 17:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.
20.05.2017 çap et