525.Az

Hacan Hacısoyun Türkiyədə kitabı nəşr olundu


 

Hacan Hacısoyun Türkiyədə kitabı nəşr olundu<b style="color:red"></b>

İstanbulun Azərbaycan Kültür Evi yayınları bu günlərdə şair Hacan Hacısoyun “Üçləmə” kitabını nəfis şəkildə çap edib.

Mehmet Rixtim və Ələddin İslamoğlunun türkcəyə uyğunlaşdırdıqları kitab Xalq şair Nəriman Həsənzadənin “İstedadın işığı və sıcaklığı” sərlövhəli ön sözü ilə açılır. 

Xalq şairi ön sözün sonunda deyir: “Mən Sizi Azərbaycan Cumhuriyyətinin Gürcüstandakı fövqəlada və səlahiyyətli səfiri olaraq tanıyırdım. İndi isə şeirlərinizi oxuduqdan sonra gözəl şairimiz olaraq tanıdım və sevdim. Şairlik də səfirlikdir. Davam edin”.

“Üçləmə” adından da göründüyü kimi, üç kitabdan ibarətdir. “Haqqın dərgahında” adlanan birinci kitaba şairin  “Tövbə”, “Alahım məni bağışla”, “Nəfs”, “İncə dərəsi” və digər şeirləri toplanıb.

İkinci kitab “Var ilə yox arası” adlanır. Bu bölümdə müəllifin müxtəlif vaxtlarda yazdığı “Qaraçöp”,  “Xudafərin”, “Başkeçid”, “Qarabağ yolu”, “Ömür başakdakı dəndir” kimi şeirləri, eləcə də aşıq Kamandara, Xalq şairi Zəlimxan Yaquba, Osman Dərvişə həsr etdiyi poetik nümunələri təqdim olunur.

“Həcc ziyarəti” adlanan üçüncü kitabında müəllif deyir: “Mən sadəcə, bir ziyarətçi olaraq öz ağlım, öz düşüncəm çərçivəsində sizinlə təəssüratlarımı paylaşmaq istəyirəm”. Bu kitabda müəllif Həccin tarixi və mahiyyətindən bəhs edir,  “Niyət”,” Ziyarət”,”Tavaf”, “Say”, “Arafat”, “Mina” başlıqlı yazılarında icra edilən dini ayinlərdən və ibadət yerlərindən söhbət açır.

 





20.05.2017    çap et  çap et