525.Az

AKP-nin növbədənkənar qurultayı keçirilir


 

AKP-nin növbədənkənar qurultayı keçirilir<b style="color:red"></b> Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı keçirilir.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
 
Bu gün keçirilən növbədənkənar qurultayda isə əsas məqsəd R. T. Ərdoğanın yenidən AKP sədri seçilməsidir. Bununla bərabər, partiyanın mərkəzi idarəetmə orqanları yenidən formalaşdırılacaq, partiya sədrinin vəkili postu yaratmaq, zəruri hallarda partiya üzvlərinin ardıcıl 3 dəfə deputat seçilməsinə qoyulan qadağanın müəyyən şəxslərə tətbiq edilməməsi ilə bağlı Mərkəzi İdarə Heyətinə səlahiyyət veriləcək, Tək millət, tək bayraq, tək Vətən, tək dövlət tezisi partiyanın Nizamnaməsinə daxil ediləcək.
 
Qurultayda Türkiyənin baş naziri, AKP-nin hazırkı sədri Binəli Yıldırım çıxışında R. T. Ərdoğana partiyasına “xoş gəldiyini” söyləyib. Daha sonra R. T. Ərdoğan 1370 qurultay nümayəndəsinin imzası ilə AKP sədrliyinə yeganə namizəd olaraq irəli sürülüb. 
 
 
Xatırladaq ki, mayın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub.
 





21.05.2017    çap et  çap et