525.Az

Britaniya Avropa İttifaqını hədələdi


 

Britaniya Avropa İttifaqını hədələdi<b style="color:red"></b> Avropa İttifaqı Böyük Britaniyadan 100 milyard dollar tələb etməsini qüvvədə saxlayacağı təqdirdə London Brexit üzrə danışıqlardan çıxa bilər.
 
APA-nın “Sunday Times” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis bəyan edib.
 
D. Devis bildirib ki, danışıqların başlanğıcında Brüsselə London arasında böhranlı vəziyyət yaranıb: “Çünki Avropa İttifaqı “hesab ödənilmədən” ticarət razılaşmasını müzakirə etməkdən imtina edir. Avropa İttifaqının üzvləri danışıqlarda irəliləyişlərə nail olmaq istəyirlərsə, tələblərini yumşaltmalıdırlar”.
 
D. Devis Avropa İttifaqının Brexit üzrə əsas müzakirəçisi Mişel Barne ilə ilk görüşü tərk edə biləcəyini də istisna etməyib.
 





21.05.2017    çap et  çap et