525.Az

"ÜAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil"


 

"ÜAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil"<b style="color:red"></b> Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Rusiya Ali Məhkəməsi mayın 15-də tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  V. Nebenzya ÜAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib.
 
V. Nebenzya deyib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: “Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanları ÜAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”.
 





21.05.2017    çap et  çap et