525.Az

"Yuventus" ardıcıl 6-cı dəfə İtaliya çempionu oldu


 

"Yuventus" ardıcıl 6-cı dəfə İtaliya çempionu oldu<b style="color:red"></b>

İtaliyada çempion müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu gün 37-ci turda “Krotone”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Massimiliano Alleqrinin komandası sona 1 tur qalmış A seriyasının qalibi olub. Matçda qolları Mario Mandjukiç, Paulo Dibala və Aleks Sandro vurub.

Beləliklə, son tur ərəfəsində “Yuventus”la onun ən yaxın izləyicisi “Roma” arasında 4 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, bu uğur sayəsində “Yuventus” dalbadal altıncı (ümumilikdə 33) dəfə İtaliya çempionu olub və yeni rekord müəyyənləşdirib. Buna qədər heç bir komanda 5 dəfədən artıq İtaliya çempionu olmamışdı.

 





21.05.2017    çap et  çap et