525.Az

Rusiya baş naziri Ərdoğanla görüşəcək


 

Rusiya baş naziri Ərdoğanla görüşəcək<b style="color:red"></b> Bu gün Rusiyanın baş naziri Dmitriy Medvedev İstanbula səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
 
“Mayın 22-də baş nazir Dmitriy Medvedev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək”, məlumatda deyilir.
 
Qeyd edək ki, Rusiyanın baş naziri İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitində iştirak edəcək.
 





22.05.2017    çap et  çap et