525.Az

“Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”


 

“Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”<b style="color:red"></b>

 “ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və ümid edirik ki, bu məsələdə tərəqqi əldə ediləcək”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupuna amerikalı həmsədrin nə vaxt təyin olunacağı haqda jurnalistlərin sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Minsk Qrupu çərçivəsində prosesin davam etdiyini söyləyən səfir ümid edir ki, vasitəçilər irəliləyişə nail ola biləcəklər.
 
Diplomat ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı aparılan danışıqların davam etdiyini də bildirib: “Bu, davamlı prosesdir və biz bu məsələnin uğurlu həllinə ümid edirik”.

 





07.05.2013    çap et  çap et