525.Az

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib


 

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib<b style="color:red"></b> Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 315 nəfər çatıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
 
Bildirilir ki, ümumilikdə xəstəliyə yoluxanların sayı 29 mini keçib. Artıq epidemiya ölkənin 19 vilayətinə yayılıb. ÜST epidemiyanın dinamikasının bu cür davam edəcəyi halda iyunun sonunadək 65 min nəfərin xəstəliyə yoluxacağını bildirir.
 
Yəmən Səhiyyə Nazirliyi artıq humanitar təşkilatlara epidemiya ilə mübarizədə yardım üçün müraciət edib.
 





22.05.2017    çap et  çap et