525.Az

Bakıda yaşayış binası yanır


 

Bakıda yaşayış binası yanır<b style="color:red"></b> Bakıda yaşayış binası yanır.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 





22.05.2017    çap et  çap et