525.Az

Bakıda atəşfəşanlıq olacaq


 

Bakıda atəşfəşanlıq olacaq<b style="color:red"></b>

Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mayın 10-da Bakıda Gül bayramı keçiriləcək. Bununla bağlı paytaxtda konsert və şənliklər nəzərdə tutulub.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, gül bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda konsert planlaşdırılır. Hal-hazırda saat qülləsi yanında səhnə quraşdırılır. Konsertdən sonra isə möhtəşəm atəşfəşanlıq olacaq.

 





07.05.2013    çap et  çap et