525.Az

Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri seçildi


 

Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri seçildi<b style="color:red"></b> Efiopiyanın namizədi Tedros Adanom Qebreisus üçüncü tur səsvermənin nəticələrinə əsasən Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru vəzifəsinə seçilib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qapalı səsvermə ötə gün Cenevrədə keçirilib. Ukrayna, Komor adaları, Mərkəzi Afrika Respublikası və Somali ödənilməmiş üzvlük haqları üzrə yaranan borclara görə səsverməyə buraxılmayıblar. 
 
Qebreisus 133 səs toplayıb. O, 2005-2012-ci illərdə Efiopiyanın səhiyyə naziri vəzifəsində çalışıb. 
 





24.05.2017    çap et  çap et