525.Az

Britaniyada hərbçilər təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək


 

Britaniyada hərbçilər təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək<b style="color:red"></b> Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon, terror təhlükəsi səviyyəsi maksimum həddə yüksəldildikdən sonra ölkədə təhlükəsizliyin təmin olunmasına hərbçilərin cəlb edilməsinə razılığını verib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey hökumət üzvlərinin və xüsusi xidmət qurumlarının əməkdaşlarının daxil olduğu KOBRA fövqəladə komitənin iclasından sonra bildirib.
 
“Polis hərbçilərin cəlb olunmasına dair müdafiə nazirinə sorğu göndərib və nazir müsbət cavab verib”, - deyə Mey bildirib. 
 
Hərbçilər əhalinin sıx toplaşdığı yerlərdə polis patrullarını gücləndirəcək, bəzi hallarda isə əvəzləyəcək. Təhlükəsizliyin təmin edilməsinə minlərlə hərbçinin cəlb olunacağı gözlənilir. 
 
Qeyd edək ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
 





24.05.2017    çap et  çap et