525.Az

Azərbaycan beynəlxalq sərgidə iştirak edir


 

Azərbaycan beynəlxalq sərgidə iştirak edir<b style="color:red"></b>

BƏƏ-nin Dubay şəhərində keçirilən "ATM 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iştirak edir. 

Nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov daxildir. 

Həmçinin sərgidə "SW travel", "Millennium Tourism and Congress", "Sport Luxury", "Gilan tourism", "Pasha travel", "Xəzər travel" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Fairmont Baku", "Gallery hotel", "Four Seasons", "Kempinski Hotel Badamdar" və "Marriott hotel Absheron Baku" mehmanxanaları təmsil olunur. 

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kv.m sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub. 

2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "ATM" Beynəlxalq Turizm Sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 91 ölkədən 2500-ə yaxın iştirakçı təmsil olunur.

GÜNEL

 





07.05.2013    çap et  çap et