525.Az

Qafqaz Universitetində “5-ci Gənclik Şənliyi” təşkil olunub


 

Qafqaz Universitetində  “5-ci Gənclik Şənliyi” təşkil olunub<b style="color:red"></b> Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci Gənclik Şənliyi” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “5-ci  Gənclik Şənliyi”nin adının belə qoyulmasını ulu öndərin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” deməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur: «O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə, söykənə-söykənə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı.

Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir». Universitetin rektoru vurğulayıb ki,  Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Onun sözlərinə görə, Heydər Əliyev yolunun davamçısı olan prezident İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır. Rektor, təhsil sahəsində Qafqaz Universiteti gəncləri üçün də əlverişli imkanların açılmasından danışdı.  Bildirdi ki, 2007-ci ildə  dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamla  "Gənclər ili" elan edilib. 2007-ci il gənclərin həyatında unudulmaz iz buraxdı. Gənclərimiz fəal həyata qoşularaq müxtəlif layihələrin iştirakçıları olurlar: «Bu il Qafqaz Universitetinin gəncləri üçün də uğurlu olub. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələrin  “Univiziya” II mahnı müsabiqəsi keçirilmişdir. Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə  birinci yerin qalib elan olunub. Rektor universitetin nailiyyətlərindən geniş söz açıb».

Daha sonra “İlin adamları”ı seçilib və bu şənlikdə nominantlara mükafatlar təqdim edilib. Qeyd edək ki, Qafqaz Universitetində hər il ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən tələbələrin “Gənclik Şənliyi” çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsvermə əsasında bu cür səsvermələr təşkil olunur. Qafqaz Universitetinin riyaziyyat və informatika bölməsinin müəllimi Bəhman Məmmədov İlin müəllimi, İlin yerli şirkəti  Socar ARDNŞ, İlin xarici şirkəti  DİA Holdinq, İlin iş dünyasında  uğur qazanmış Qafqaz Universitetinin Kompüter Mühəndisliyi 2002-ci il məzunu Teymur Hacıyev, İlin sosial fəaliyyətlərdə uğur qazanmış məzun- Qafqaz Universitetinin ərəb dili və  ədəbiyyatı  bölməsi Əkbər Ağamalıyev, İlin rejissoru – “ANS” şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, İlin elm adamı  Bakı Dövlət Universitetinin rektoru, millət vəkili akademik Abel Məhərrəmov, il ərzində Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidməti olan şəxs – Heydər Əliyev Fondunun Rusiya rəhbəri, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri  Leyla xanım Əliyeva, İlin aktyoru - aktyor Elməddin Cəfərov adları elan olundu. İştirak edə bilməyən mükafatçıların daha sonra rektor tərəfindən mükafatları veriləcək. Sonra Azərbaycanın tanınmış sənət adamları universitetin tələbə klubları tədbiri  bədii hissə ilə davam etdirilib.

Tədbir münasibətilə universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunub.

S.Qarayeva
 





07.05.2013    çap et  çap et