525.Az

Azərbaycan Mexikoda keçirilən "Dost Mədəniyyətləri Festivalı"nda


 

Azərbaycan Mexikoda keçirilən "Dost Mədəniyyətləri Festivalı"nda <b style="color:red"></b>

Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən "Dost Mədəniyyətləri Festivalı"nda Azərbaycan da təmsil olunub.

Açılış mərasimində Mexiko şəhəri hökumətinin başçısı Migel Anxel Mansera, Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov, habelə Meksika Federal Dairəsi qanunverici orqanının nümayəndələri, diplomatlar və jurnalistlər iştirak ediblər.

2009-cu ildən ənənəvi olaraq keçirilən festivalın əsas məqsədi meksikalıları müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə tanış etməkdir. Bu il festivalda 94 ölkə təmsil olunur.

Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanla bağlı məlumat verilir, videoçarx nümayiş olunur, ölkəmizin mətbəxinin ləziz təamları təklif edilir.

 





24.05.2017    çap et  çap et