525.Az

Yataqxanada uçqun oldu, iki yaralı var


 

Yataqxanada uçqun oldu, iki yaralı var<b style="color:red"></b> Bakının Dərnəgül qəsəbəsində, N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çöküb. Nəticədə yataqxanada məskunlaşan məcburi köçkünlərdən ikisi yaralanıb. Hadisə saat 23.15 radələrində baş verib.
 
Yataqxanada məskunlaşan köçkünlərin verdiyi məlumata görə, uçqun 5 mərtəbəli yataqxanının 3-cü mərtəbəsinin mətbəxindən başlayıb. Daha sonra isə digər otaqların tavanı çöküb.
 
Sakinlərin dediyinə görə, uçqun baş verən mərtəbədə 24, bütünlükdə binada isə 125 ailə yaşayır. Binanın su-kanalizasiya sistemi uzun müddətdir ki, yararsız hala düşdüyündən zirzəmi su ilə dolub.
 
Nəticədə binada xeyli çatlar əmələ gəlib.
 
Binada Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlər yaşayır.
 
Son məlumata görə, sakinlər binanı tərk ediblər.
 
ANS PRESS
 





08.05.2013    çap et  çap et