525.Az

Qeyri-sabit hava şəraiti mayın 10-dək davam edəcək


 

Qeyri-sabit hava şəraiti mayın 10-dək davam edəcək<b style="color:red"></b>  Ötən gün Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, hava şəraiti iqlim normasından nisbətən yüksək temperatur qeydə alınıb.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 10-dək davam edəcək.
 
Növbəti 2 gün ərzində də hava şəraitinin əsasən buludlu, yağmurlu və küləkli keçəcəyi gözlənilir.
 





08.05.2013    çap et  çap et