525.Az

Mançesterdə terror aktı törədən şəxsin atası saxlanıldı


 

Mançesterdə terror aktı törədən şəxsin atası saxlanıldı<b style="color:red"></b> Mançesterdə terror aktı törədən Salman Abedinin atası saxlanılıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.
 
Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.  Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.
 
Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb. Mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 





25.05.2017    çap et  çap et