525.Az

Bakıda liseyin həyətində baş verən yanğın söndürülüb (Yenilənib-2)


 

Bakıda liseyin həyətində baş verən yanğın söndürülüb<b style="color:red"> (Yenilənib-2)</b>

Bakıda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Bakı Türk Anadolu Liseyinin yerləşdiyi binanın yaxınlığında baş verən yanğının qarşısı alınıb.
 
Nəsimi Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, yanğın Bakı Türk Anadolu Liseyinin həyətində yerləşən transformatorda meydana gəlib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

___________________________

Bakının Nəsimi rayonu ərazisində yerləşən təhsil ocağında yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 11:32 radələrində Əlibəy Hüseynzadə küçəsi, 84 saylı ünvanda yerləşən Bakı Anadolu Türk Liseyində olub.

Dərhal hadisə yerinə II çağırışla 3 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində çalışırlar.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

________________________________________

Bakıda litsey yanır.

Nəsimi Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, yanğın Təzə bazarın arxasında yerləşən litseydə başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.
 
Hazırda yanğın söndürülməsi istiqamətində tədbirlər görülür.

 





08.05.2013    çap et  çap et