525.Az

Ərdoğan Avropa İttifaqının rəhbərləri ilə görüşdü


 

Ərdoğan Avropa İttifaqının rəhbərləri ilə görüşdü<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının yeni binasında keçirilib.

Bir saat davam edən görüş KİV üçün qapalı şəratidə baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Bundan başqa, Ərdoğan Avropa parlamentinin sədri Antonio Tajani ilə də görüşüb.

 





25.05.2017    çap et  çap et