Sabah Belarusun paytaxtı Minskdə Azərbaycan Ticarət Evi açılacaq.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu məqsədlə keçiriləcək tədbirdə nazir Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulur.