525.Az

Kişinyov meri saxlanıldı


 

Kişinyov meri saxlanıldı<b style="color:red"></b> Moldova paytaxtı Kişinyov şəhərinin meri Dorin Kirtoake Milli Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları və prokurorlar tərəfindən saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Milli Korrupsiya ilə Mübarizə İdarəsinin mətbuat katibi Anjela Starinski bildirib.
 
“Kişinyov meri ödənişli dayanacaqlarla bağlı iş üzrə saxlanılıb”, - deyə Starinski bildirib. 
 
Kirtoake xidməti otağından çıxarılarkən jurnalistlərə insidentə əlaqədar hələlik heç bir bəyanat verməyəcəyini bildirib: “Hələlik heç bir bəyanat vermək niyyətində deyiləm”, - deyə mer bildirib. Kirtoakenin bir neçə tərəfdaşı Milli Korrupsiya ilə Mübarizə İdarəsinin qarşısına toplaşaraq etirazını bildiriblər.    
 
Qeyd edək ki, Dorin Kirtoake Moldovanın Rumıniya ilə birləşməsinə çağıran Liberal Partiyasının birinci vitse sədridir.  O, üçüncü dəfədir Kişinyov meri vəzifəsində seçilir. Onun mandatı 2019-cu ildə başa çatacaq. 
 
Qeyd edək ki, ötən gün korrupsiya, vəzifə səlahiyyətlərinin aşması və s. maddələr üzrə şübhəli bilinərək 9 məmur və şirkət rəhbəri saxlanılıb.
 





26.05.2017    çap et  çap et