525.Az

NATO koalisiyanın "İŞİD"ə qarşı əməliyyatlarında iştirak etməyəcək


 

NATO koalisiyanın "İŞİD"ə qarşı əməliyyatlarında iştirak etməyəcək<b style="color:red"></b> NATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki, NATO koalisiyanın "İŞİD"ə qarşı əməliyyatlarında iştirak edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.  
 
“Biz, NATO 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik”, - deyə Stoltenberq qeyd edib.
 
“Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla, NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Biz İraq hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran  İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, - deyə baş katib bildirib.      
 
Stoltenberq bundan əvvəl NATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib.
 





26.05.2017    çap et  çap et