525.Az

Baş Polis İdarəsi qətllərlə bağlı məlumat yayıb


 

Baş Polis İdarəsi qətllərlə bağlı məlumat yayıb<b style="color:red"></b> Bakı şəhər BAŞ Polis İdarəsi Sabunçu rayonu ərazisində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb.
 
İdarədən Lent.az- daxil olan məlumatda bildirilir ki, mayın 7-i saat 19:40 radələrində Şəhər şosesində yerləşən kafedə Bakı şəhər sakinləri Aqil Rzayev mübahisə zəminində Rövşən İsmayılovu bıçaqla qətlə yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən yaxalanıb.
 
Mayın 8-i saat 03:40 radələrində isə Maştağa qəsəbəsi M.Hüseyn küçəsində qəsəbə sakinləri Rizvan Hüseynov mübahisə zəminində Zöhrab Əliyevi «Makarov» markalı tapançadan atəş açaraq qətlə yetirib. O,  könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub.
 





08.05.2013    çap et  çap et