525.Az

"İŞIQ" sosial-iqtisadi inkişafa kömək ictimai birliyinin 10 yaşı tamam olur


 

"İŞIQ" sosial-iqtisadi inkişafa kömək ictimai birliyinin 10 yaşı tamam olur<b style="color:red"></b>

Respublikamız müstəqillik əldə etdikdən sonra müxtəlif sahələr kimi vətəndaş cəmiyyəti də öz inkişaf mərhələsinə qədəm qoydu. Yüzlərlə təşkilat Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçdi.

Belə təşkilatlardan biri də "İŞIQ" Sosial-İqtisadi İnkişafa Kömək İctimai Birliyidir. Birliyin sədri İlqar Əliyevin bildirdiyinə görə, təşkilat 2007-ci ilin yanvar ayında fəaliyyətə başlasa da, həmin ilin may ayının 25-də rəsmi dövlət qeydiyyatından keçib.İlkin olaraq, 2007-ci ildə BBC-nin həyata keçirdiyi "Cənubi Qafqaz xalqları arasında dialoq" layihəsində iştirak edərək Azərbaycanı uğurla təmsil edib, Tiflis, Moskva, İstanbul şəhərlərində Azərbaycan həqiqətlərini bir daha dünya xalqlarına çatdırıb.

"İŞIQ" Sosial-İqtisadi İnkişafa Kömək İctimai Birliyi müxtəlif vaxtlarda öz daxili imkanları hesabına xeyriyyə layihələri də həyata keçirib. Əsas etibarilə uşaq evlərində gerçəkləşən layihələr maddi yardımla bərabər, onların dünyagörüşlərinin artırılması istiqamətində də tədbirlər həyata keçirilib.

Təşkilat bu illər ərzində müxtəlif layihələr gerçəkləşdirib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə 2013-cü ildə "İqtisadi inkişafda turizmin rolu: Dünya təcrübəsi və Azərbaycan" layihəsi elə həmin il İqtisadiyyat və Sənaye Nazirliyinin İİETİ ilə müqavilə əsasında "Azərbaycan Respublikasında çox ölçülü faktorlar əsasında yoxsulluq indeksinin qiymətləndirilməsi" layihəsi çərçivəsində sorğu uğurla həyata keçirilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarının yaradıcısı ustad Sadıqcanın 170 illiyi ilə əlaqədar beynəlxalq tanıtım tədbirlərinin keçirilməsi" layihəsi həyata keçirilib, Azərbaycan və ingilis dilində kitab çap edilib. Kitabın təqdimatı təşkilat tərəfindən keçirilsə də, eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muğam Mərkəzində Sadıqcana həsr edilmiş tədbirdə də təqdim edilərkən böyük maraq doğurub. Həmçinin, Şuşa Rayon İcra Hakimiyyəti və Milli konservatoriyanın   birgə təşkil etdiyi və Sadıqcana həsr olunan tədbirdə də bu kitab çox böyük maraq doğurub və bunun əsasında növbəti gün milli konservatoriyada Sadıqcanın fəaliyyətinə həsr edilmiş elmi konfrans keçirilib.

Təşkilatın sədri İ.Əliyev qeyd edib ki, "İŞIQ" Sosial-İqtisadi İnkişafa Kömək İctimai Birliyi yenidən beynəlxalq layihə həyata keçirməyi planlaşdırır.

Şahanə MÜŞFİQ

 





26.05.2017    çap et  çap et