525.Az

Qüds müftüsü həbs edilib


 

Qüds müftüsü həbs edilib<b style="color:red"></b>

İsrail polisi Qüds müftüsünü həbs edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Fələstin Fətva Qurumundan verilən yazılı açıqlamada İsrail polisinin Qüds müftüsü Məhəmməd Hüseynin evinə basqın edərək onu həbs etdiyi bildirilib.

Fələstin rəsmiləri bunu özbaşınalıq kimi dəyərləndiriblər.

2007-ci ildə həbs edilən və 6 il sonra hər hansı açıqlama verilmədən azadlığa buraxılan "Əl Fəth" Hərəkatının deputatı Camal əl Tayravi İsrailin fələstinliləri özbaşına həbs etdiyini və bu insanların həyatını aşağıladığını bildirib.

 





08.05.2013    çap et  çap et