525.Az

Mədət Quliyevə yeni müavin təyin olundu


 

Mədət Quliyevə yeni müavin təyin olundu<b style="color:red"></b> Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.
 
APA-nın məlumatına görə, DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.
 
DTX-dən APA-ya təyinat xəbərini təsdiqləyiblər.
 
Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur.
 





29.05.2017    çap et  çap et