525.Az

Venesuela paytaxtındakı iğtişaşlarda 87 etirazçı xəsarət alıb


 

Venesuela paytaxtındakı iğtişaşlarda 87 etirazçı xəsarət alıb<b style="color:red"></b> Venesuelanın paytaxtı Karakasda iğtişaşlar zamanı 87 etirazçı xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis və milli qvardiyaçılar  etirazçılara  qarşı gözyaşardıcı qumbaralardan istifadə edib.
 
Yaralananlar arasında müxalifət lideri Enruke Kapriles və parlamentin deputatı Karlos Paparoninin də olduğu bildirilir.
 
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 60 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.
 





30.05.2017    çap et  çap et