525.Az

Moskva regionundakı qasırğa zamanı ölənlərin sayı 14-ə çatdı


 

Moskva regionundakı qasırğa zamanı ölənlərin sayı 14-ə çatdı<b style="color:red"></b> Rusiyanın Moskva şəhəri və Moskva vilayətində baş vermiş qasırğa zamanı ölənlərin sayı 14-ə çatıb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
 
Bildirilir ki, paytaxtda 11 nəfər, vilayətdə isə 3 nəfər ölüb. Xəsarət alanların dəqiq sayı və dəyən maddi zərər dəqiqləşdirilir.
 
Qeyd edək ki, mayın 29-da səhər Moskvada leysan və qasırğa baş verib. Küləyin gücü saniyədə 16 metr təşkil edib. Hadisə nəticəsində minlərlə ağac yıxılıb, avtomobillər xəsarət alıb, ictimai nəqliyyatın hərəkəti iflic olub. 150-yə yaxın insan hospitala yerləşdirilib. 108 nəfər hələ də xəstəxanalardadır. Onların arasında 22 uşaq da var.
 





30.05.2017    çap et  çap et